Xanlar rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edilib

Xanlar rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edilib
# 26 dekabr 2006 12:33 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasının birinci hissəsində “Türkiyə ilə Azərbaycan arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişə dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə edilib. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verilərək bildirib ki, bu düzəliş hər iki ölkənin sosial müdafiə sahəsində qanunvericiliklərində baş verən dəyişikliklərlə bağlıdır. Məsələ müzakirəsiz qəbul edilib. Bundan sonra Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib ki, Xanların Dozular və Pənahlar kəndləri Çaylı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılır və həmin kəndlər mərkəz olmaqla Dozular və Pənahlar kənd inzibati ərazi vahidləri yaradılır, Çaylı kənd inzibati ərazi dairəsi isə Çaylı kənd inzibati ərazi vahidi hesab edilir. Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsinin tərkibindən ayrılır və həmin qəsəbə mərkəz olmaqla Qızılqaya inzibati ərazi vahidi yaradılır. Bundan başqa, Qızılca kənd inzibati ərazi dairəsinin tərkibinə yeni salınmış yaşayış məntəqəsi Yeni Qızılca adlandırılmaqla rayon ərazi vahidləri siyahısına daxil edilir və həmin kənd mərkəz olmaqla Yeni Qızılca kənd inzibati ərazi vahidi yaradılır. Məsələ müzakirə edildikdən sonra qəbul edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR