Balakən rayonunun Tülü kəndinə elektirik enerjisinin verilməsi tam bərpa edilməyib

Balakən rayonunun Tülü kəndinə elektirik enerjisinin verilməsi tam bərpa edilməyib
# 22 yanvar 2007 15:07 (UTC +04:00)
Balakən rayonunun Tülü kəndinə elektirik enerjisinin verilməsi tam bərpa edilməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Tülü kəndinin sakinləri məlumat verib. Kənd sakinlərinin məlumatına görə, kənd ərazisinin çox hissəsində elektirik sayğaclarının quraşdırılmaması səbəbindən artıq 6 gündür ki, kəndin həmin ərazilərinə elektirik enerjisi verilmir. Kənd sakinlərinin sözlərinə görə, ötən həftə rayon PEŞ-nin əməkdaşları əhalidən 6 manat enerji haqqı yığaraq, elektirik enerjisinin kəsilməyəcəyini bildirmişdilər. Tülü kənd bələdiyyəsindən Nadir Qarayev kənd sakinlərinin haqlı şikayətini təsdiqləyib və hazırda kəndin sözügedən ərazilərində sayğaclaşma işləri sürətlə gedir. N.Qarayev yaxın üç gün ərzində kənddə elektirik sayğaclarının quraşdırılmasının başa çatacağıni qeyd edir.
Balakən Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, rayonun Hənifə, Tülü, Qazma və Gərəkli kəndlərinin bəzi ərazilərində elektirik sayğaclarının quraşdırılması gedir və yaxın günlərdə sayğacların quraşdırılması başa catdırılacaq, kəndlərə elektirik enerjisinin verilməsi tam bərpa ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR