Təhsil Nazirliyinin nümayəndə heyəti Yaponiyada keçiriləcək seminarda iştirak edəcək

Təhsil Nazirliyinin nümayəndə heyəti Yaponiyada keçiriləcək seminarda iştirak edəcək
# 22 yanvar 2007 15:15 (UTC +04:00)
Sabah Tokio və Osaka şəhərlərində “Yaponiya-Qafqaz gənclərinin dostluq proqramı (Kiçik və orta sahibkarlığın inkişafı, təhsilin idarəçiliyi)” çərçivəsində seminar öz işinə başlayacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar fevralın 15-dək davam edəcək. Tədbirdə Azərbaycanı Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Qulu Novruzov, nazirliyin aparıcı məsləhətçiləri Namiq Məmmədov və Vüqar Əsgərov təmsil edəcək./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR