2006-cı ildə Azərbaycan ərazisində baş vermiş 19045 cinayət hadisəsi nəticəsində 10814 nəfər zərər çəkib, 1399 nəfər həlak olub

2006-cı ildə Azərbaycan ərazisində baş vermiş 19045 cinayət hadisəsi nəticəsində 10814 nəfər zərər çəkib, 1399 nəfər həlak olub
# 23 yanvar 2007 08:59 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, cinayətlərin 37 faizi şəxsiyyət əleyhinə, 32 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 26 faizi iqtisadi, 5 faizi isə dövlət əleyhinə olan cinayətdir. 2005-ci illə müqayisədə 2006-cı ildə qeydə alınmış cinayətlərdə zorlama və ya zorlanmaya cəhd faktları 20,5 faiz, qəsdən adam öldürmə və ya adamöldürməyə cəhd 7,3 faiz, quldurluq 3 faiz, xuliqanlıq 2,7, oğurluq isə 0,6 faiz azalıb. Ötən il törədilən cinayətlər nəticəsində 10814 nəfər zərər çəkib, 1399 nəfər həlak olub. Həlak olanların 7 faizi yetkinlik yaşına çatmayanlardır. Qeydə alınmış cinayətlərin 267-si qəsdən adamöldürmə və adam öldürməyə cəhd, 250 qəsdən sağlamlığa ağır zərər vurma, 21-i isə adam oğurluğudur. Bu cinayətlərin 366-nı xarici vətəndaşlar törədib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində törədilən cinayətlərdən 17927-nin üstü açılıb. Açılmış cinayətlərin 1879-u bir qrup şəxs, 1699-u əvvəl cinayət törətmiş şəxs, 544-ü sərxoşluq vəziyyətində olan şəxs tərəfindən, 431-i yetkinlik yaşına çatmayan və ya onların iştirakı ilə törədilib. Ötən il 18564 hüquq pozucusu aşkarlanıb ki, onların 66 faizi cinayət məsuliyyətlinə cəlb olunub. Aşkar edilənlərin 88 faizi əmək qabiliyyətli yaşda olub, heç yerdə işləmir, 8 faizi əvvəllər cinayət törətmiş şəxs, 4 faizi sərxoş vəziyyətində olan şəxs, 14 faizi isə qadındır. Hüquq pozucuların 8867 nəfəri cinayət-axtarış xətti, 630 nəfəri iqtisadi fəaliyyət sahəsinə cinayət xətti, 9067 nəfəri isə digər xətlər üzrə aşkarlanıb. Ötən il baş vermiş yol-nəqliyyat hadisələrin sayı 0,6 artıb və 3197 nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 4633 nəfər zərər çəkib, o cümlədən 1027 şəxs həlak olub, 3606 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yol hadisələrinin 43,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,5 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR