Dövlət Sərhəd Xidmətinin aldığı yeni texnikaların təqdimat mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin aldığı yeni texnikaların təqdimat mərasimi keçirilib
# 23 yanvar 2007 09:45 (UTC +04:00)
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) aldığı yeni texnikaların təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə DSX rəisi Elçin Quliyev və prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Vahid Əliyev iştirak ediblər. E.Quliyev bildirib ki, yeni texnikalar dəniz hədəflərinin, o cümlədən dəniz və quru sərhədlərinin mühafizəsində tətbiq olunacaq: “DSX tərəfindən 26 növdə 300-dən artıq texnika alınıb. Bu, ümumilikdə Azərbaycan sərhəd mühafizəsinin yarandığı 15 il ərzində alınmış texnikalardan ümumilikdə çoxdur. Bu texnikalar dağlıq, bataqlıq və meşəlik ərazilərdə tətbiq olunacaq, sərhəd mühafizəsinin güclənməsinə təkan verəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR