Bu il Gədəbəyin daha üç kəndinə mavi yanacaq verilməsi planlaşdırılır

Bu il Gədəbəyin daha üç kəndinə mavi yanacaq verilməsi planlaşdırılır
# 23 yanvar 2007 10:03 (UTC +04:00)
Bu il Gədəbəy rayonunun daha üç kəndinə mavi yanacaq verilməsi planlaşdırılır. Bu barədə APA-nın Qərb bürosuna Gədəbəy rayon qaz istismar idarəsinin rəisi Polad Əsgərov məlumat verib. Onun sözlərinə görə, artıq Xar-Xar kəndinə mavi yanacağın verilməsi üçün layihə tam başa çatıb və yaxın vaxt ərzində bu kəndə mavi yancağın verilməsinə başlanılacaq. Bu il rayonun Ağamalı və Nəriman kəndlərinə də mavi yanacağın verilməsi nəzərdə tutulur. Hazırda Gədəbəydə rayon mərkəzi ilə birlikdə 7 kəndə mütəmadi olaraq mavi yanacaq verilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR