Ötən il Gədəbəydə istifadə edilən mavi yanacağa görə yığım 46.5 faiz təşkil edib

Ötən il Gədəbəydə istifadə edilən mavi yanacağa görə yığım 46.5 faiz təşkil edib
# 23 yanvar 2007 10:03 (UTC +04:00)
2006-cı ildə Gədəbəydə istifadə olunan mavi yanacağa görə ödəmə 46.5 faiz təşkil edib. Gədəbəy rayon qaz istismar idarəsinin rəisi Polad Əsgərovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, ötən il Gədəbəy rayonuna 12.693.228 kubmetr mavi yanacaq verilib, bunun müqabilində isə əhalidən 278.402 manat pul yığılıb. “Rayonda aparılan sayğaclaşdırma işləri yığımın faizinin artmasına müsbət təsir göstərib. Əvvəllər mavi yancağa görə yığım 12 faiz təşkil edirdisə, rayonda sayğaclaşdırma işləri aparıldıqdan sonra dekabr ayında yığım 74.6 faizə çatıb. Bu ay üçün yığımın 80 faizə çatdırmağı planlaşdırırıq”. Qeyd edək ki, ötən il Gədəbəy rayonunda 3637 sayğac quraşdırılıb ki, bu da ümumi abonent sayının 97 faizini təşkil edir. Bu ay rayonda sayğaclaşdırma işləri tam başa çatdırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR