“Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında cinayət törədən şəxs yaxalanıb

“Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında cinayət törədən şəxs yaxalanıb
# 23 yanvar 2007 12:40 (UTC +04:00)
Ötən il dekabrın 29-da metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında Bakı şəhərinin Nizami rayonu ərazisində yaşayan Anar Kazımovu bıçaqlayan şəxs yaxalanıb. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan məlumat verilib. Nizami rayonu ərazisində yaşayan Tural Həbibov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib. Rayon Prokurorluğunda CM-nin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılır.
Qeyd edək ki, hadisədən sonra 3 saylı Klinik Xəstəxanaya çatdırılan A. Kazımov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR