Apellyasiya Məhkəməsi Rafiq Tağı və Samir Sədaqətoğlunun həbs müddətinin uzadılması barədə məhkəmə qərarını qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Rafiq Tağı və Samir Sədaqətoğlunun həbs müddətinin uzadılması barədə məhkəmə qərarını qüvvədə saxlayıb
# 23 yanvar 2007 12:43 (UTC +04:00)
Apellyasiya Məhkəməsində hakim Rəhman Mirzəyevin sədrliyi ilə Rafiq Tağı və Samir Sədaqətoğlu barəsində həbs-qətimkan tədbirinin 2 ay uzadılması barədə Nəsimi rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib və qərarı qüvvədə saxlayıb. Samir Sədaqətoğlunun qardaşı Sabir Sədaqətoğlu bildirib ki, təqsirləndirilən şəxslərin səhhəti ilə bağlı problem yoxdur, onlar barələrindəki cinayət işi üzrə heç bir istintaq hərəkəti aparılmamasından şikayətçidirlər və həbsdə qanunsuz saxlanıldıqlarını iddia edirlər.
Qeyd edək ki, “Sənət” qəzetinin baş redaktoru S. Sədaqətoğlu və yazar R. Tağı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunurlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR