Ev quşlarının kütləvi ölümü ilə bağlı Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Bərdəyə ezam olunublar

Ev quşlarının kütləvi ölümü ilə bağlı Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Bərdəyə ezam olunublar
# 23 yanvar 2007 13:33 (UTC +04:00)
Bərdənin Qılınclı kəndində ev quşlarının kütləvi ölümü faktının qeydə alınmasını araşdırmaq üçün Dövlət Baytarlıq Xidmətinin (DBX) əməkdaşları rayona ezam olunublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, DBX əməkdaşları Sadəddin Bayramov və Rahib Abdullayev Bərdə Rayon Baytarlıq İdarəsinin rəisi Aydın Məmmədov və Zona Baytarlıq Laboratoriyasının direktoru Mehman İsmayılovla birgə Qılınclı kəndinə gedərək araşdırma aparıblar. Ölü quşlardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Mütəxəssislər bildiriblər ki, rast gəlinən xəstəliyin pasterilioz olduğu ehtimal edilir. Onlar həmçinin Qılınclı və ətraf kəndlərin əhalisinə bu cür vəziyyətdə necə davranmaqla bağlı məsləhət və tövsiyələrini veriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR