Bakı məktəblərində tarix, bədən tərbiyəsi, xarici dil fənləri üzrə müəllim çatışmazlığı var

Bakı məktəblərində tarix, bədən tərbiyəsi, xarici dil fənləri üzrə müəllim çatışmazlığı var
# 23 yanvar 2007 13:55 (UTC +04:00)
Bakı məktəblərində tarix, bədən tərbiyəsi, xarici dil fənləri üzrə müəllim çatışmazlığı, kimya, biologiya, fizika fənləri üzrə isə müəllim sıxlığı var. Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov məlumat verib. Çatışmazlıqlara baxmayaraq, H. Əsgərov məktəblərdə orta sıxlığın çox olduğunu bildirib: “Paytaxtda 35 min müəllim, 360 min şagird var. Hazırda hər 10 şagirdə təxminən 1 müəllim düşür. Fikrimcə, bu, yetərlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR