İctimai Televiziyanın internet saytı bərpa olunub

İctimai Televiziyanın internet saytı bərpa olunub
# 23 yanvar 2007 14:06 (UTC +04:00)
İctimai Televiziyanın (İTV) internet saytı bərpa olunub. Bu barədə APA-ya İTV-nin internet saytının idarəçisi Cahid Kazımov məlumat verib. Onun sözlərinə görə, televiziyanın saytı müvəqqəti serverdə yerləşdirilib. C. Kazımov məsələnin başvermə səbəbləri ilə bağlı araşdırma apardıqlarını bildirib. Qeyd edək ki, dünən səhər İTV-nin saytı xakerlər tərəfindən dağıdılıb. Xakerlər ekranda Ermənistan xüsusi xidmət orqanlarının qeyri-rəsmi xəbərdarlığı yerləşdiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR