Ermənilərə əsir düşmüş əsgərin xidmət etdiyi hərbi hissənin komandiri Elxan Hüseynov vəzifəsindən azad edilib, rütbəsi endirilib

Ermənilərə əsir düşmüş əsgərin xidmət etdiyi hərbi hissənin komandiri Elxan Hüseynov vəzifəsindən azad edilib, rütbəsi endirilib
# 23 yanvar 2007 15:21 (UTC +04:00)
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri Elxan Hüseynov tutduğu vəzifədən azad edilib. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə, hazırda hərbi hissədə təhvil-təslim işləri aparılır: “Bundan başqa, müdafiə nazirinin əmri ilə polkovnik Elxan Hüseynovun rütbəsi bir pillə aşağı salınıb”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib olunub. Mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev APA-ya bildirib ki, nazirlikdə bu cür məlumatlar şərh edilmir.
Qeyd edək ki, E. Hüseynova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham irəli sürülüb. Bakı şəhər Hərbi Məhkəməsinin komandir barəsində seçdiyi 2 aylıq həbs-qətimkan tədbiri Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilib. Ötən il dekabrın 7-də ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev E. Hüseynovun komandir olduğu hərbi hissədə xidmət edib. V. Qaracayev dekabrın 23-də əsirlikdən azad olunub. Hazırda onun əsir götürülməsi faktı üzrə araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR