Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər baş Polis İdarəsinin fəaliyyətini tənqid edib

Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər baş Polis İdarəsinin fəaliyyətini tənqid edib
# 27 yanvar 2007 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir çıxışında bildirib ki, ötən il ərzində qeydə alınan ağır və xüsusilə ağır cinayətlərin sayı azalsa da, bu növ cinayətlər Bakı şəhərində özünü daha qabarıq göstərib. Nazirin sözlərinə görə, hesabat dövründə cinayətlərin qarşısının alınması üzrə profilaktik tədbirlər paytaxt üzrə lazımi səviyyədə aparılmadığından qəsdən adamöldürmə cinayətləri Əzizbəyov və Sabunçu rayonlarının hər birində 6, quldurluq Səbayeldə 14, Xətaidə 9, Nəsimidə 8, soyğunçuluq Nəsimidə 24, Suraxanıda 8, oğurluq Suraxanıda 145, Xətaidə 52, Nəsimidə 30, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri Yasamalda 10, Əzizbəyovda 9 fakt qeydə alınıb. Həmçinin, bu növ cinayətlərin respublikanın bəzi rayon və şəhərlərinin ərazisində (Sumqayıt, Əli Bayramlı, Abşeron, Beyləqan, Ucar, Hacıqabul, Cəlilabad, Daşkəsən və Bərdə) də artımı müşahidə olunub. Cinayətkar qruplar tərəfindən törədilən cinayətlərin respublika üzrə 11,3 faiz azalmasına baxmayaraq, onların sayı Bakının Binəqədi, Xətai, Yasamal, Sumqayıt, Balakən, Xaçmaz, Daşkəsən və Oğuz şəhər və rayonları ərazisində artıb: “Əməliyyat-axtarış tədbirləri bəzi ərazi polis orqanlarında az səmərəli olmaqla, xidmətlərin fəaliyyəti düzgün əlaqələndirilməyib, cinayətlərin dinamikasına təsir göstərən amillərin qarşısı vaxtında alınmayıb. Respublika üzrə bağlı qalmış cinayətlərin 56 faizi, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin 65,4 faizi, onların sırasında qəsdən adamöldürmələrin 48,7, quldurluqların 78,3, soyğunçuluğun 81,8, mənzil oğurluqlarının 64 faizi, avtonəqliyyat vasitələrin oğurlanması faktlarının isə demək olar ki, hamısı Bakı və onun rayonlarının ərazilərində baş verib”. Nazir adıçəkilən rayon, şəhər polis idarə və şöbələrinin, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müvafiq təhlillər aparılması barədə tapşırıqlar verib və qeyd edib ki, qısa müddət ərzində cinayətlərin profilaktikası aparılmaqla, tutarlı əməliyyat mövqelərinin əldə edilməsi üzrə fəaliyyət canlandırılsın, habelə əməliyyat və istintaq aparatının xidməti işinin təşkilində idarəçiliyin təsiri artırılsın. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR