Fevralın 15-dək respublikadan kənarda müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının sayı dəqiq müəyyənləşdiriləcək

Fevralın 15-dək respublikadan kənarda müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının sayı dəqiq müəyyənləşdiriləcək
# 27 yanvar 2007 11:28 (UTC +04:00)
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində müvafiq iş aparırlar: “Hər iki şəhərdə şəxsiyyəti təsdiq edən sənədləri olmayan Azərbaycan vətəndaşlarından müvafiq sənədlər qəbul olunur. Onların işinin asanlaşdırılması üçün sənədlər Azərbaycana gətiriləcək və onlara müvafiq sənədlər, pasportlar veriləcək”. R.Usubov, həmçinin, qeyd edib ki, xaricdə, xüsusən də Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayının dəqiqləşdirilməsi üçün nazirlik yerli şəhər, rayon polis orqanları və yerli icra qurumları ilə birgə iş aparır. Nazirin sözlərinə görə, fevralın 15-dək Azərbaycandan kənarda müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının sayı dəqiq müəyyənləşdiriləcək. 7 aydır, fəaliyyət göstərən DİN-in Miqrasiya Xidmətinin fəaliyyətindən razılıq edən R.Usubov bildirib ki, ötən il Azərbaycan ərazisində qanunsuz yaşayan 110 nəfər miqrant ölkədən çıxarılıb, 97 nəfər isə inzibati qaydada cərimələnib: “2005-ci ildə isə ölkə ərazisində qanunsuz yaşayan bir nəfər belə müəyyən edilməyib və ölkədən çıxarılmayıb. Miqrasiya xidməti fəaliyyətə yeni başlayıb. Hesab edirəm ki, 2007-ci ildə bu istiqamətdə nəticələr yüksək olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR