Vladivostokda azərbaycanlı iş adamı öldürülüb

Vladivostokda azərbaycanlı iş adamı öldürülüb
# 29 yanvar 2007 08:07 (UTC +04:00)
Vladivostokda azərbaycanlı iş adamı İlqar Məmmədov öldürülüb. APA-nın məlumatına görə, hadisə ötən şənbə günü İ. Məmmədova məxsus ofisin qarşısında baş verib. Naməlum şəxslər şəxsi BMW avtomobilində əyləşən iş adamına iki dəfə atəş açıblar. Hüquq-mühafizə orqanları tərəfindən görülmüş operativ tədbirlərə baxmayaraq, cinayəti isti izlərlə açmaq mümkün olmayıb. Faktla bağlı Primorsk Vilayət Prokurorluğunun nəzarəti altında Vladivostokun Frunze rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR