Yol hərəkəti qaydalarının pozulması zamanı tətbiq olunan cəzaların sərtləşdirilməsi ilə bağlı Prezident Aparatına təkliflər təqdim edilib

Yol hərəkəti qaydalarının pozulması zamanı tətbiq olunan cəzaların sərtləşdirilməsi ilə bağlı Prezident Aparatına təkliflər təqdim edilib
# 29 yanvar 2007 08:23 (UTC +04:00)
İdarənin şöbə müdiri Ərəstun Məcidovun APA-ya bildirib ki, qəzaların baş verməsinə şərait yaradan pozuntulara görə məsuliyyət gücləndirilməlidir: “Bu, tək cərimənin məbləğinin artırılmasından ibarət deyil. Qanunvericilik sürücülük hüququ olan şəxslə, sürücülük hüququ məhdudlaşdırılan sürücüyə cəza təyin olunmasında fərq qoymur. Sürücülük hüququ məhdudlaşdırılan sürücü avtomobili idarə edirsə, yaxud avtomobili sərxoş vəziyyətdə idarə edirsə, qanunvericilik hər iki halda eyni cəzanın tətbiqini nəzərdə tutur. Məsələn, Türkiyədə isə sürücü avtomobili sərxoş vəziyyətdə idarə edərsə, birinci halda onun avtomobili bir həftə müddətində, ikinci halda isə 6 ay müddətində duracaqda saxlanılır”. Azərbaycanın bu sahəni tənzimləyən qanunvericiliyində belə sərt tədbirlərin nəzərdə tutulmadığını qeyd edən Ə.Məcidov bildirib ki, sürücü gün ərzində eyni qayda pozuntusuna görə bir neçə dəfə məsuliyyətə cəlb oluna bilər: “Amma burda ağırlaşdırıcı hal nəzərdə tutulmayıb. Biz ağırlaşdırıcı halların nəzərə alınmasını, bir sıra qayda pozuntusuna görə cəzaların sərtləşdirilməsini təklif etmişik. Yaxın vaxtlarda bu məsələyə baxılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR