Bakıda aparılan tikinti işləri nəticəsində yollarda hərəkətin məhdudlaşdırılması ilə əlaqədar 21 vəzifəli şəxs məsuliyyətə cəlb olunub

Bakıda aparılan tikinti işləri nəticəsində yollarda hərəkətin məhdudlaşdırılması ilə əlaqədar 21 vəzifəli şəxs məsuliyyətə cəlb olunub
# 29 yanvar 2007 08:45 (UTC +04:00)
Bakı şəhərində aparılan tikinti işləri nəticəsində yollarda hərəkətin məhdudlaşdırılması ilə bağlı ötən il 21 vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov APA-ya açıqlamasında bildirib ki, pozuntuya yol vermiş vəzifəli şəxslər müəyyən məbləğlərdə cərimələniblər. Şöbə müdirinin sözlərinə görə, 2006-cı ildə Bakıda yük avtomobillərinin girişi qadağan olunan yol nişanlarına riayət edilməməsi ilə əlaqədar 3000-ə yaxın qayda pozuntusu aşkar olunub və cavabdeh şəxslər məsuliyyətə cəlb olunublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR