Özbaşına elektrik transformatorunda işləyən Salyan rayon sakinini elektrik cərəyanı vurub

Özbaşına elektrik transformatorunda işləyən Salyan rayon sakinini elektrik cərəyanı vurub
# 29 yanvar 2007 08:56 (UTC +04:00)
Salyan rayon sakinini elektrik cərəyanı vurub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı “Regional Enerji MMC”nin əməyi mühafizə idarəsinin rəisi Yaqub Aşurov məlumat verib. Y. Aşurov bildirib ki, yanvarın 26-da özbaşına elektrik transformatorunda işləyən Salyan rayon Qarabağlı kənd sakini, 1981-ci il təvəllüdlü Mansur İslam oğlu Tağıyevi elektrik cərəyanı vurub. Nəticədə M. Tağıyev dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR