Lənkəran polisi 200 baş qanunsuz ovlanmış çöl quşunu müsadirə edib

Lənkəran polisi 200 baş qanunsuz ovlanmış çöl quşunu müsadirə edib
# 29 yanvar 2007 09:07 (UTC +04:00)
Lənkəranın Liman şəhər Polis Bölməsi əməkdaşları rayonun Göyşaban kəndi ərazisində çöl quşlarının qanunsuz ovlanması və satışı ilə əlaqədar reyd keçiriblər. Bu barədə APA-nın cənub bürosuna bölmənin rəisi Ceyhun Hüseynov məlumat verib. Onun sözlərinə görə, reyd zamanı saxlanılan “VAZ-2101” markalı 42 BJ 491 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilərkən onun saxlanc yerində qanunsuz ovlanmış 83 ədəd çöl quşu aşkarlanaraq götürülüb. Saxlanılan şəxs - Qumbaşı kənd sakini Ceyhun Arif oğlu Quliyev quşları satmaq məqsədilə Masallı şəhər bazarından aldığını bildirib. Liman şəhər Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər reyd zamanı Qumbaşı kəndinin daha bir sakini - Rauf Adil oğlu Həbibov saxlanılıb. Ondan 24 ədəd çöl quşu götürülüb. R. Həbibov polis əməkdaşlarına qarşı kobudluq etdiyinə görə inzibati qaydada 10 sutkalıq həbs olunub. Beləliklə, ötən həftə keçirilən reydlər zamanı ümumilikdə 200 baş qanunsuz ovlanan çöl quşu aşkarlanaraq müsadirə olunub. Müsadirə olunan bütün çöl quşları 1 saylı ərazi ekologiya idarəsi əməkdaşlarının iştirakı ilə yandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR