Gəncənin Ağamalıoğlu küçəsi, ev 55 ünvanında baş verən partlayış nəticəsində xəsarət almış daha bir nəfər dünyasını dəyişib

Gəncənin Ağamalıoğlu küçəsi, ev 55 ünvanında baş verən partlayış nəticəsində xəsarət almış daha bir nəfər dünyasını dəyişib
# 29 yanvar 2007 09:14 (UTC +04:00)
Yanvarın 19-da Gəncənin Ağamalıoğlu küçəsi, ev 55 ünvanında baş verən partlayış nəticəsində ağır xəsarət almış Vəliyevlər ailəsinin daha bir üzvü yanvarın 26-da vəfat edib. APA-nın qərb bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü Vəliyeva Məryəm Nəriman qızı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, ailənin başçısı, 1954-cü il təvəllüdlü Vəliyev Ramiz İsgəndər oğlu yanvarın 25-də vəfat edib. Ailənin digər iki nəfər üzvü hazırda Bakıda ciddi həkim nəzarəti altındadırlar. Xatırladaq ki, yanvarın 19-u, saat 07:40 radələrində Gəncə şəhəri Kəpəz rayonu Ağamalıoğlu küçəsi, ev 55 ünvanında məişət qazının sızması nəticəsində partlayış baş verib. Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev tamam yanıb. Hadisə nəticəsində ev sahibi, 1954-cü il təvəllüdlü Ramiz Vəliyev, onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Məryəm Vəliyeva, övladları - 1993-cü il təvəllüdlü Vəliyev İsgəndər Ramiz oğlu və 1985-ci il təvəllüdlü Vəliyeva Gülnar Ramiz qızı müxtəlif dərəcədə xəsarət alıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR