İqdır bələdiyyə başqanı Nurəddin Aras: “İlham Əliyev tək Azərbaycandakı soydaşlarımızın deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların prezidentidir”

İqdır bələdiyyə başqanı Nurəddin Aras: “İlham Əliyev tək Azərbaycandakı soydaşlarımızın deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların prezidentidir”
# 29 yanvar 2007 09:32 (UTC +04:00)
”˜Bu fikirləri hər zaman çəkinmədən söyləyirik. İlham Əliyev tək Azərbaycan sərhədləri şərşivəsində yaşayan soydaşlarımızın deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızın prezidentidir”™. APA-nın məlumatına görə, bu fikirləri İqdır bələdiyyə başqanı Nurəddin Aras söyləyib. O, İqdırın son dərəcə strateji əhəmiyyətə malik bölgədə yerləşdiyini deyib. “İqdır üç ölkə - Azərbaycan, Ermənistan və İranla sərhəddə malik bir vilayətimizdir. Burada Araz suyu ilə suvarılan 120 min hektar əkin sahəsi var ki, bu da İqdırın Türkiyə üçün önəmli potensiala malik olduğunu göstərir. Burada yaşayan 170 min nəfər əhalinin böyük əksəriyyəti Azərbaycan türkləridir”. Nurəddin Aras ötən əsrin əvvəllərində ermənilərin İqdırda çoxsaylı soyqırımı həyata keçirdiyini deyib. “Ötən əsrdə ermənilər burada yaşayan soydaşlarımıza qarşı ağlagəlməz cinayətlər, kütləvi qırğınlar törədiblər. Bir çox kəndlərimizdə ermənilər yüzlərlə, minlərlə soydaşımızı qətlə yetiriblər. İqdırda soydaşlarımızın kütləvi şəkildə qətlə yetirilərək dəfn olunduğu on kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqların aşkara çıxarılması üçün formalaşdırılmış tarixçi, arxeoloq, antropoloqlardan ibarət üç elmi heyət araşdırma apararaq üç kəndimizdə - Hakmehmet, Oba və Aralıq kəndlərində kütləvi məzarlıq aıkara çıxarıb. Gələcəkdə digər toplu məzarlıqların açılması və erməni cinayətlərinin bütün dünyaya tanıdılması üçün işlər davam edəcək. Biz bu dəhşətli faciəni yaşayan kişilərin nəvələri olaraq keçmişdə baş verənləri heç zaman unutmayacaq, gələcəyimizi tarixdə baş verənlərə nəzərən müəyyənləşdirəcəyik. Bu baxımdan iqdırlılar heç zaman Qarsda olduğu kimi Ermənistanla sərhədlərin aşılması tələbini irəli sürməyiblər. Biz ermənilərin babalarımıza etdiklərini unuda bilmərik, buna haqqımız yoxdur”. Nurəddin Aras Türkiyə-Ermənistan sərhədlərinin aşılması üçün bir sıra şərtlərin yerinə yetirilməli olduğunu deyib. “Azərbaycan torpaqları hələ də işğal altındadır. Ermənlilər bu torpaqları dərhal tərk etməlidir. Bundan başqa ermənilər Türkiyənin mövcud sərhədlərini tanımalı və əsli olmayan soyqırımı kimi iddialardan imtina etməlidir. Bu şərtlər yerinə yetirilərsə, Ermənistanla sərhədlərinin aşılmasında heç bir problem görmürük”. Nurəddin Aras Türkiyənin Qars vilayətində bəzi qrupların Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılması istiqamətində təbliğat apardığını deyib. “Qarsda sərhədlərin dərhal və qeyd-şərtsiz açılmasını tələb edən qüvvələr var. Onlar iddia edir ki, sərhədlər açılarsa, kasıb Qars xalqı dərhal varlanacaq. Necə zənginləşəcək? Ermənistan iqtisadiyyatının nə vəziyyətdə olmasından xəbərləri varmı? İndi Ermənistanda əhali belə qalmayıb, Ermənistan özü-özünü dolandıra bilmir, Qarsımı zənginləşdirəcək? Bu gün Ermənistanla sərhədləri açsaq, qazanan bizlər yox ermənilər olacaq, ermənilər isə ayaq üstə durmağı bacardıqdan sonraTürkiyənin, türk xalqının üstünə daha da yeriyəcək. Bu baxımdan sərhədləri aşaq deyənlərin iddiaları kökündən yanlış və qəbuledilməzdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR