Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
# 30 yanvar 2007 11:45 (UTC +04:00)
Aşura mərasimi ilə əlaqədar Lənkəranda qanvermə aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, bu xeyirxah aksiyada yüzlərlə rayon sakini iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran zonası üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Qənizadənin sözlərinə görə, əvvəllər dindarlar İmam Hüseyn eşqinə baş yarmağa üstünlük verdikləri halda, son bir neçə ildə QMİ-nin apardığı təbliğat sayəsində bu hallar xeyli azalıb. İnsanlar qanvermə aksiyasında iştirak etməklə ən müasir təziyədarlıq nümunəsi göstərmiş olurlar. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, toplanan qanlar talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üçün istifadə ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR