Bu gün Azərbaycanda Aşura günü qeyd olunur

Bu gün Azərbaycanda Aşura günü qeyd olunur
# 30 yanvar 2007 11:45 (UTC +04:00)
APA-nın məlumatına görə, Aşura günü ilə bağlı ən izdihamlı mərasimlər “Əjdərbəy”, “Təzə pir” məscidlərində və Mirmövhsüm ağa ziyarətgahında keçirilib. Minlərlə insan məscidlərə gələrək namaz qılıb, Quran tapşırıb, dualar edib və zəncir vurub. Məscidin yaxınlığında təcili-tibbi yardım qrupları yerləşdirilib. Aşura günü ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) də gücləndirilmiş iş rejimində işləyib. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli APA-ya verdiyi açıqlamasında mərasimin izdihamlı keçməsinə baxmayaraq, heç bir xoşagəlməz hadisənin baş vermədiyini bildirib: “Əvvəlki illərə nisbətən, indi insanlar məscidlərə daha intizamlı şəkildə gəlib mərasimlərdə iştirak edirlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR