“Bakı Yağ və Qida Sənayesi” ASC-nin fəhləsi istehsalat qəzasında ölüb

“Bakı Yağ və Qida Sənayesi” ASC-nin fəhləsi istehsalat qəzasında ölüb
# 30 yanvar 2007 14:30 (UTC +04:00)
“Bakı Yağ və Qida Sənayesi” Açıq Səhmdar Cəmiyyətində (ASC) fəhlə işləyən Vüqar Babayev istehsalat qəzasında ölüb. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1981-ci il təvəllüdlü V. Babayev qaldırıcı mexanizmin trosuna ilişib və ağır bədən xəsarəti alıb. Ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR