Samir Əsgərxanovun barelyefin oğurlanması ilə bağlı ailəsi polisə müraciət edib

Samir Əsgərxanovun barelyefin oğurlanması ilə bağlı ailəsi polisə müraciət edib
# 30 yanvar 2007 14:32 (UTC +04:00)
Bakının Yasamal qəbiristanlığında dəfn olunmuş mərhum jurnalist Samir Əsgərxanovun qəbrinin üstündə qoyulmuş tunc barelyefin oğurlanması ilə bağlı mərhumun ailəsi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edib. Bölmənin təhqiqatçısı Mübariz Qayıbov APA-ya bildirib ki, hələlik hadisəni törədənləri müəyyənləşdirmək mümkün olmayıb. Mərhumun ailəsinin müraciətindən sonra hadisə yerinə baxış keçirilib, müvafiq tədbirlər həyata keçirilib. M. Qayıbov bildirib ki, hadisə yerinə baxış keçirilərkən qəbrin təhqir olunması ilə bağlı hər hansı sübut əldə olunmayıb. Sabah materiallar cinayət işi açılması üçün Yasamal RPİ-nin istintaq şöbəsinə göndəriləcək.
Qeyd edək ki, S. Əsgərxanov 1998-ci ildə vəfat edib və Yasamal qəbiristanlığında torpağa tapşırılıb. S. Əsgərxanov uzun müddət AzTV-də siyasi şərhçi işləyib, erməni terroru ilə bağlı verilişlərin müəllifi olub. MTN mərhum jurnalistin adına mükafat təsis edib. Mükafat mətbuatda və elektron KİV-də erməni terroru və vətənpərvərlik mövzusunda çıxış edən jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərinə verilir.
/APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR