149 saylı Ağdam orta məktəbi yerləşdiyi binadan çıxarılacaq

149 saylı Ağdam orta məktəbi yerləşdiyi binadan çıxarılacaq
# 30 yanvar 2007 14:43 (UTC +04:00)
149 saylı Ağdam köçkün orta məktəbinin yerləşdiyi binanı bir iş adamı aldığı üçün həmin məktəb binadan çıxarılacaq. APA-nın məlumatına görə, məktəbin direktoru Arzu Mövsümova bildirib ki, yeni məktəbin tikintisi üçün torpaq sahəsi ayrılarsa, onlar binadan çıxarılmalarına etiraz etməyəcəklər: “Həmin ərazidə 4000-ə yaxın köçkün ailəsi yaşayır. Şagirdlərin başqa məktəblərə köçürülməsi ailələrə əlavə narahatlıqlar yaradacaq”. A. Mövsümovanın sözlərinə görə, məktəb rəhbərliyi torpaq sahəsinin ayrılması üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsə də, hələ cavab ala bilməyib. Təhsil naziri Misir Mərdanov isə bu məsələ ilə əlaqədar nazirliyə hələ müraciət daxil olmadığını söyləyib. Onun sözlərinə görə, nazirlik məsələyə müdaxilə edərək onun müsbət həllinə yardım göstərməyə çalışacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR