Sürət Hüseynovun qardaşı barəsində başlanmış cinayət işinin materialları məhkəməyə göndərilib

Sürət Hüseynovun qardaşı barəsində başlanmış cinayət işinin materialları məhkəməyə göndərilib
# 30 yanvar 2007 15:17 (UTC +04:00)
Sabiq baş nazir Sürət Hüseynovun qardaşı Afiq Hüseynovun barəsindəki cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumatda bildirilir ki, cinayət materialları məhkəməyə yeni daxil olduğundan işə hansı hakimin baxması hələlik müəyyən edilməyib.
Qeyd edək ki, A. Hüseynova Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israfetmə) və 179.3.1-ci ( mütəşəkkil dəstə tərəfindən mənimsəmə və israfetmə) maddələri ilə ittiham irəli sürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR