“Quş qripi”nə yoluxmaqda şübhəli bilinərək, dünyasını dəyişən Salyan sakinin müayinələri bu gecə Londona göndəriləcək

“Quş qripi”nə yoluxmaqda şübhəli bilinərək, dünyasını dəyişən Salyan sakinin müayinələri bu gecə Londona göndəriləcək
# 30 yanvar 2007 16:07 (UTC +04:00)
“Quş qripi”nə yoluxmaqda şübhəli bilinən və yanvarın 28-də dünyasını dəyişən Salyan rayonunun Dayıkənd kəndinin 14 yaşlı sakini Əsgərov Əjdər Ələsgər oğlunun müayinələri bu gecə saat 3.30-da Almaniyanın “Lufthanza” aviaşirkətinin təyyarəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Londondakı referens laboratoriyasına göndəriləcək. Bu barədə APA-ya ÜST-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Nümunələrin BMT-nin təhlükəsizlik qaydaları əsasında toplanılaraq paketləşdirilməsi başa çatdırılıb və artıq aeroporta gətirilib. Müayinələrin cavabının bu həftənin sonunda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunda yanvarın 24-də bronxopnevmoniya diaqnozu ilə hospitallaşdırılmış Ə.Əsgərovdan götürülən nümunələr Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının virusoloji laboratoriyasında və Kənd Təsərrüfatı Nazirliyinin respublika baytarlıq laboratoriyasında “quş qripi”nə görə PZR üsulu ilə bir neçə dəfə müayinə olunub. Müayinələrin cavabı mənfi olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR