“Azadlıq” qəzetinin apellyasiya şikayətinə sabah baxılacaq

“Azadlıq” qəzetinin apellyasiya şikayətinə sabah baxılacaq. Bu barədə APA-ya qəzetin baş direktoru Azər Əhmədov məlumat verib. Onun sözlərinə görə, yanlış olaraq iddiaçılara şikayətə bu gün baxılacağı ilə bağlı məlumat verilib: “Qəzetin nümayəndələri və hüquqşünaslar məhkəməyə getdikdə onlara bildirilib ki, iclas bu günə yox, sabaha təyin olunub. Ona görə də bu gün şikayətlə bağlı iclas keçirilməyib”. A.Əhmədov məhkəmə iclasının hakim Mirzə Tağızadənin sədrliyi ilə saat 15.30-da başlayacağını bildirib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi “Azadlıq” qəzetinin Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddiasını təmin etmədiyi üçün qəzet rəhbərliyi Apellyasiya Məhkəməsinə müraciət edib. /APA/

Hadisə

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB

Sumqayıtda “Khazar” markalı minik avtomobili idarəetməni itirərək aşıb

Laçında təbii halda bitən çətənə kolları məhv edilib