Misir Mərdanov: “Azərbaycanda hər müəllimə orta hesabla 10 şagird düşür”

Misir Mərdanov: “Azərbaycanda hər müəllimə orta hesabla 10 şagird düşür”
# 14 fevral 2007 15:17 (UTC +04:00)
“Xanlar rayon məktəblərində həddən artıq çox müəllim işləyir. 1 saylı məktəbdə 637 şagirdə 111 müəllim dərs deyir ki, bu da orta hesabla hər müəllimə 5,7 şagirdin düşməsi deməkdir”. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov Xanlar rayonunda ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında çıxışı zamanı söyləyib. Nazir Azərbaycanın orta təhsil müəssisələrində müəllimlərə düşən şagirdlərin orta sayının 1/10 nisbətində olduğunu deyib: “Amerikada isə bu nisbət 1/25-dir. Xanlar rayonunda isə bəzi məktəblərdə bir müəllimə orta hesabla 2,6-4 şagird düşür. Müəllimlərin sayının bu qədər çox olması və təhsilin aşağı səviyyəsi ciddi məsələdir, bu problem üzərində düşünmək lazımdır”. Misir Mərdanov Xanlar məktəblərində riyaziyyat fənninin əsasən qeyri-fənn müəllimləri tərəfindən tədris olunduğunu vurğulayıb: “Xanlar rayon 1 saylı orta məktəbdə riyaziyyat fənnini ixtisasca mühəndis-elektrik, Topalhəsənli kənd orta məktəbində isə bu fənni mühəndis-texnoloq keçir. Çaykənddə riyaziyyat müəllimi ixtisasca mühəndis-mexanikdir, Aşıqlı kənd orta məktəbində isə bu fənni iqtisadçı keçir”. Misir Mərdanov Xanlar rayonunda təhsilin səviyyəsinin yaxşılaşdırılması üçün xüsusi proqramın hazırlanmasını təklif edib və bunun üçün Bakıdan mütəxəssislərin göndəriləcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR