Azərbaycan Mətbuat Şurası martın ortalarında yeni binaya köçəcək

Mətbuat Şurası (MŞ) martın ortalarında yeni binaya köçəcək. Bu barədə APA-ya açıqlamasında MŞ sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, qurumun binasında aparılan təmir işləri yekunlaşmaq üzrədir. Ə.Amaşov deyib ki, 130 kv.m sahəsi olan yeni binada geniş iclas zalı və MŞ əməkdaşlarının sərbəst işləyə bilməsi üçün normal şərait var. Ə.Amaşov MŞ-nın yeni binasının Binəqədi rayonu İ.Dadaşov küçəsi 60 ünvanında yerləşdiyini də deyib. /APA/
Hadisə

Zaqatalada 84 yaşlı qadın özünü ağacından asaraq intihar edib

Naxçıvan-Şahbuz magistralında qəza olub, iki uşaq xəsarət alıb - FOTO

İsmayıllıda 25 yaşlı oğlan qəbiristanlıqda intihar edib
