Zaqatalada baş verən iki cinayət hadisəsinin üstü açılıb

Zaqatalada baş verən iki cinayət hadisəsinin üstü açılıb
# 14 fevral 2007 16:14 (UTC +04:00)
Zaqatala rayonunda baş verən iki cinayət hadisəsinin üstü açılıb. APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, Zaqatala şəhəri Azərbaycan prospekti-43-də kirayənişin yaşayan Nuriyyə Bayram qızı Əliyeva RPŞ-yə müraciət edərək, şəxsi qızıl-zinət əşyalarının və 180 manat pulun oğurlandığını bildirib. RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsində iştirak edən Zaqatalanın Əliabad kənd sakini İradə Həsən qızı Məmmədova və Qımır kənd sakini Elgün Qoqubəy oğlu Məmmədov həbs olunub. İlkin istintaq zamanı İ.Məmmədova və E.Məmmədov törətdikləri cinayəti etiraf ediblər. Onların barəsində CM-nin 177.2.3 maddəsi ilə cinayət işi qaldırılıb və istintaq aparılır.
RPŞ-dən verilən digər məlumata görə, ikinci cinayət hadisəsi rayonun Yuxarı Tala kəndində yaşayan Səməd Ramazan oğlu Ramazanovun yaşadığı şəxsi evdə baş verib. Onun Zaqatala şəhərində yaşayan bacanağı Cəlal Ramazan oğlu Məmmədov sərxoş vəziyyətdə S.Ramazanovun evinə gedib və S.Ramazanovu söyərək təhqir edib. Onların arasında yaranan münaqişə zamanı S.Ramazanov C.Məmmədovu itələyərək özündən kənarlaşdırmaq istəyib, bu zaman C.Məmmədovun başı evin divarına dəyərək zədələnib. C.Məmmədov sərxoş vəziyyətdə öz evinə qayıdarkən yolda yıxılıb və başı yenidən daşa dəyib. Hadisəni görən S.Ramazanov C.Məmmədovu yenidən öz evinə gətirib və ona heç bir kömək edə bilməyib. C.Məmmədov aldığı zədədən S.Ramazanovun evində dünyasını dəyişib. S.Ramazanov baş vermiş hadisəni ilkin istintaq zamanı boynuna alıb. S.Ramazanov barəsində cinayət işi qaldırılıb və hazırda istintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR