Robin Sivord: “ATƏT Azərbaycanın üzləşdiyi istənilən problemin həllində yardım göstərməyə hazırdır”

Robin Sivord: “ATƏT Azərbaycanın üzləşdiyi istənilən problemin həllində yardım göstərməyə hazırdır”
# 14 fevral 2007 16:39 (UTC +04:00)
“ATƏT-in təşkilatçılığı ilə keçirilən konfrans parlament üzvləri, hərbi strukturların və Müdafiə Nazirliyinin nümayəndələri üçün səmərəli oldu. Bu görüş təcrübə və fikir mübadiləsi baxımından çox əhəmiyyətli idi”. Bu açıqlamanı APA-ya ATƏT Bakı Ofisinin rəhbər müavini Robin Sivord verib. ATƏT-in təşkilatçılığı ilə Bakıda keçirilən “Silahlı Qüvvələrin sosial rifahı və demokratik cəmiyyət” adlı konfransın işini şərh edən Robin Sivord problemlərin həllində təmsil etdiyi təşkilatın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu deyib: “Azərbaycan strukturlarının nümayəndələri anladılar ki, onlar bu məsələdə tək deyillər, analoji problemlər bir çox ölkələr üçün xarakterikdir. Problemin ən yaxşı həlli aktiv dialoq üçün şərait yaradılmasıdır”. Qeyd edək ki, konfransın keçirilməsində məqsəd hərbçilər arasında münasibətlər, Azərbaycanın hərbi sahədə təcrübəsi, həmçinin bu sahədə müxtəlif ölkələrin təcrübəsi ətrafında fikir mübadiləsi aparmaq olub. Konfransa parlamentin, hərbi strukturların və Müdafiə Nazirliyinin nümayəndələri qatılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR