Hakimliyə namizədlərin imtahanın ikinci mərhələsinin nəticələri açıqlanıb

Hakimliyə namizədlərin imtahanın ikinci mərhələsinin nəticələri açıqlanıb
# 15 fevral 2007 07:17 (UTC +04:00)
Hakim vəzifəsinə namizədlərlə keçirilmiş imtahanın ikinci mərhələsinin nəticələri açıqlanıb. Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumatda bildirilir ki, imtahanın nəticələrinə görə, cinayət və mülki hüquq sahələrinin hər biri üzrə 60 və daha çox bal toplamış 188 namizəd şifahi müsahibəyə buraxılıb. Anonimliyin təmin edilməsi məqsədilə kodlaşdırılmış cavablar ikiqat yoxlama üsulu ilə, ayrı-ayrılıqda Hakimlərin Seçki Komitəsi və dəvət edilmiş mütəxəssis tərəfindən yoxlanılıb. Yoxlama zamanı namizədlərin qanunun məzmununu dolğun açmaq və onun izahını vermək, kazusları həll etməklə fikirlərini səlis ifadə etmək bacarıqlarına xüsusi diqqət yetirilib. Qeyd edək ki, ötən il dekabrın 25-də hakimliyə namizədlərlə test imtahanının ikinci fazası - yazılı imtahan keçirilib. Bütün 307 namizəd üçün vahid zalda təşkil olunan imtahanı beynəlxalq təşkilatlar, yerli QHT və hüquq müdafiə təşkilatlarından 30-dan çox müşahidəçi izləyib. Lototron vasitəsilə imtahan zamanı seçilmiş cinayət və mülki sahələr üzrə 2 sual namizədlər tərəfindən 4 saat ərzində cavablandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR