Balakəndə şəhid və əlil ailələri üçün inşa edilən yaşayış binasının açilş mərasimi keçirilib

Balakən rayonunun Hənifə kəndinin Qoçəhməd yaşayış məntəqəsində xeyriyyəçilk vəsaiti hesabına inşa ediləcək 120 yerlik məktəb binasının təməlqoyma mərasimi keçirilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala büqrosuna verilən məlumata görə, təməlqoyma mərasimindən sonra rayon mərkəzində şəhid və əlil ailələri üçün inşa edilən ikimərtəbəli, 8 mənzilli yaşayış binasının açilş mərasimi olub. Mərasimdə 6 əlil və 2 şəhid ailəsinə yeni mənzillərin orderləri təqdim edilib. Rayonda keçirilən hər iki tədbirə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, rayon İH-nin, müvafiq idarə və təşkilatların nümayəndələri qatılıblar. Tədbirlər başa çatdıqdan sonra R. Abdullayevin iştiraki ilə rayonda 2006-cı ildə görülmüş işlərin yekunları barədə hesabat iclası keçirilib. /APA/
Hadisə

Zaqatalada 84 yaşlı qadın özünü ağacından asaraq intihar edib

Naxçıvan-Şahbuz magistralında qəza olub, iki uşaq xəsarət alıb - FOTO

İsmayıllıda 25 yaşlı oğlan qəbiristanlıqda intihar edib
