Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 15 fevral 2007 10:04 (UTC +04:00)
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə APA-ya Vəkillər Kollegiyasından məlumat verilib. İclasda vəkilliyə qəbul olunmaq üçün keçiriləcək test imtahanları ilə bağlı məsələlər müzakirə olunub. Toplantıda namizədlərin cavablandıracağı sualların hazırlanması və imtahanın gedişini izləyəcək yerli və beynəlxalq müşahidəçilərin seçilib dəvət olunması ilə bağlı müvafiq qərarlar qəbul edilib. Vəkilliyə namizədlər hüququn müxtəlif sahələrinə aid 100 sualı cavablandıracaqlar. Hər suala verilən cavab 1 balla qiymətləndiriləcək. Qərara əsasən, imtahanın müsahibə mərhələsində 100 mümkün baldan 50-ni toplayan namizəd iştirak edə biləcək. Qeyd edək ki, vəkil olmaq üçün 409 nəfər sənəd verib, onlardan 16 nəfəri Naxçıvan Muxtar Respublikasının sakinləridir. Naxçıvan MR-dən olan namizədlər üçün imtahan Naxçıvan şəhərində keçiriləcək. Test imtahanının martın 4-də keçirilməsi qərara alınsa da, imtahanın keçiriləcəyi bina hələlik müəyyənləşdirilməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR