Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev: “Ekoloji vəziyyəti nəzərə alaraq sənaye şəhərciyinin yaradılmasına baxılmaya da bilər”

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev: “Ekoloji vəziyyəti nəzərə alaraq sənaye şəhərciyinin yaradılmasına baxılmaya da bilər”
# 15 fevral 2007 10:53 (UTC +04:00)
“Sumqayıt yaxınlığında azad iqtisadi zonanın və sənaye şəhərciyinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırlansa da, bu sahədə ciddi işlər aparılmır”. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev məlumat verib.
V.Əliyevin sözlərinə görə, azad iqtisadi zonanın yaradılması üçün Sumqayıt yaxınlığında, dənizə yaxın 32 hektar ərazi ayrılıb: “Sumqayıtın bir çox müəssisəsi və geniş kadr potensialı mövcuddur. Hesab edirik ki, bu imkanlar hesabına mövcud müəssisələri daha tez bərpa etmək olar, nəinki yenidən böyük infrastruktru qurub, yeni sənaye şəhərciyi yaratmaq. Ekoloji vəziyyəti nəzərə alaraq sənaye şəhərciyinin yaradılmasına baxılmaya da bilər”.
V.Əliyev bildirib ki, Sumqayıtda dəniz limanının yaradılmasına da azad iqtisadi zona yaradıldıqdan sonra baxıla bilər. Binə havı limanı yaxınlığında yerləşən ticarət yarmarkasının Sumqayıt yaxınlığına köçürülməsi ilə bağlı yayılan məlumatlara gəlincə, V.Əliyev bu məsələnin hazırda müzakirə edilmədiyini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR