Azərbaycan Dərnəklər Federasiyasına yeni üzvlər qəbul edilib

Azərbaycan və Türkiyə diaspor təşkilatlarını özündə birləşdirən Azərbaycan Dərnəklər Federasiyasına (ADF) yeni üzvlər qəbul edilib. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. S. Aran bildirib ki, dünən federasiyanın İzmit şəhərində keçirilən toplantısında Kocaeli Böyükşəhər Bələdiyyəsinin başqanı İbrahim Qaraosman, Kocaeli vilayətindən seçilən 3 millət vəkili, vilayətin vergi dairəsinin nümayəndələri ADF-ə üzv seçilib. Toplantıda çıxış edən ADF başqanı Bilal Gündar bildirib ki, hazırda qurumun 6-7 min üzvü var və gələcəkdə üzvlərin sayı durmadan artacaq. Qurumda Kocaeli Böyükşəhər Bələdiyyəsinin tikdiyi evlərdən quruma üzv olan azərbaycanlılara mənzillərin verilməsi qərara alınıb. /APA/
Hadisə

Naxçıvan-Şahbuz magistralında qəza olub, iki uşaq xəsarət alıb - FOTO

İsmayıllıda 25 yaşlı oğlan qəbiristanlıqda intihar edib

DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
