Təhsil naziri Misir Mərdanov Gəncədə yeni məktəb binasının açılış mərasimində iştirak edib

Təhsil naziri Misir Mərdanov Gəncədə yeni məktəb binasının açılış mərasimində iştirak edib
# 15 fevral 2007 12:05 (UTC +04:00)
Gəncədə səfərdə olan təhsil naziri Misir Mərdanov Sevinc qəsəbəsində yeni inşa olunmuş 650 yerlik yeni məktəbin açılış mərasimində iştirak edib. APA-nın Qərb bürosunun məlumatına görə, 21 saylı məktəbin açılış mərasimindən sonra Misir Mərdanov və Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov yeni tikilmiş məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar. Onlar məktəbin sinif otaqlarına, yeməkxanasına və idman zalına baxış keçiriblər. Qeyd edək ki, 21 saylı məktəbin binasının tikintisinə 900 min manat vəsait xərclənib. Məktəb 30 ixtisaslaşmış fənn otağı, 2 kompüter otağı ilə birlikdə ümumilikdə 111 otaqdan ibarətdir. Məktəbin açılış mərasimindən sonra Gəncə şəhər icra hakimiyyəti binasının akt zalında şəhərdə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR