Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsinin Fatma Abdullazadə ilə bu günə planlaşdırılan görüşü baş tutmayıb

Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsinin Fatma Abdullazadə ilə bu günə planlaşdırılan görüşü baş tutmayıb
# 15 fevral 2007 12:15 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsinin Prezident Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə ilə bu günə planlaşdırılan görüşü baş tutmayıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, təyin olunan vaxtda tələbələr Prezident Aparatında olsalar da, şöbə müdiri onlarla görüşə gəlməyib. V. Süleymanov tələbələrin F. Abdullazadənin köməkçisi ilə görüşdüklərini və problemlərini ona çatdırdıqlarını deyib. Şöbə müdirinin köməkçisi isə öz növbəsində MAU ilə bağlı məsələnin hələ də məhkəmədə olduğunu xatırladıb və bu səbəbdən tələbələrə məhkəmə qərarını gözləməyi məsləhət görüb. V. Süleymanov bildirib ki, yaxın günlərdə Müdafiə Komitəsinin iclası keçiriləcək və tələbələrin atacağı addımlar müəyyənləşdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR