Müdafiə sənayesi naziri Yavər Camalov gələn həftə Rumıniyaya səfər edəcək

Müdafiə sənayesi naziri Yavər Camalov gələn həftə Rumıniyaya səfər edəcək
# 15 fevral 2007 13:23 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov fevralın 19-25-də Rumıniyaya səfər edəcək. Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibliyindən APA-ya verilən məlumata görə, səfər Rumıniyanın müdafiə sənayesi nazirinin dəvəti ilə həyata keçirilir. Səfər zamanı Azərbaycan və Rumıniya Müdafiə Sənayesi Nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR