Rusiyanın Azərbaycanda ticarət nümayəndəliyi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair təklifləri Moskvaya göndərib

Rusiyanın Azərbaycanda ticarət nümayəndəliyi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair təklifləri Moskvaya göndərib
# 15 fevral 2007 13:50 (UTC +04:00)
Rusiyanın Azərbaycanda ticarət nümayəndəliyi yazda keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında müzakirə olunmaq üçün bir sıra təklifləri Moskvaya göndərib. Bu barədə APA-ya ticarət nümayəndəliyindən məlumat verilib. Göndərilən təkliflər “2010-cu ilə qədər iqtisadi əməkdaşlıq” proqramının reallaşması prosesinin aktivləşdirilməsini nəzərdə tutur. Proqram çərçivəsində bir sıra tədbirlər artıq həyata keçirilib, lakin nümayəndəlik həmin tədbirlərin davam etdirilməsinin zəruri olduğunu hesab edir. Bundan başqa ticarət nümayəndəliyi Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın nəzdində elmi-texniki əməkdaşlığa dair şura təsis olunmasını təklif edib. Moskvaya göndərilən təkliflər sırasında energetika və sənaye sahəsinə dair məsələlər, bəzi imzalanmış müqavilələrin icra edilməsi və s. daxildir. Xatırladaq ki, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası yazda Moskvada keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR