Ötən il Azərbaycanda yararsız 28 tərəzi və 85 çəki daşları istismardan çıxarılıb

Ötən il Azərbaycanda yararsız 28 tərəzi və 85 çəki daşları istismardan çıxarılıb
# 15 fevral 2007 13:53 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (SMPDA) tərəfindən 2006-cı il ərzində 751 müəssisədə metroloji qayda və normalara riayət olunması araşdırılıb. SMPDA-dan APA-ya verilən məlumata görə, aşkarlanan nöqsanların aradan qaldırması məqsədilə təsərrüfat subyektlərinin rəhbərlərinə tələbnamə və iradnamələr göndərilib.
Ötən il agentlik tərəfindən 513 ölçmə vasitəsi dövlət reyestrinə daxil edilib, 857 649 ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçirilib. Müqayisəli dövlət yoxlanışından keçirilən ölçmə vasitələrinin 64 646-sı elektrik, 541 725-i qaz, 90 093-ü isə su sayğacları olub.
SMPDA tərəfindən həmçinin, ticarət müəssisələrində istismar olunan 3 162 tərəzi və 6 165 çəki daşları yoxlanıb, bunlardan 28 tərəzi və 85 çəki daşları istifadə üçün yararsız sayılaraq istismardan çıxarılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR