Prezident İlham Əliyev Azərbaycan Milli Bankının yubileyi ilə bağlı qurumun kollektivinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Azərbaycan Milli Bankının yubileyi ilə bağlı qurumun kollektivinə təbrik məktubu göndərib
# 15 fevral 2007 14:19 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Bankının yaradılmasının 15 illiyi münasibətilə qurumun kollektivinə təbrik məktubu göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident təbrik məktubunda Milli Bankın ötən dövr ərzində suveren iqtisadi siyasətin gerçəkləşdirilməsində, bazar prinsipləri əsasında yeni təsərrüfat münasibətlərinin formalaşmasında və milli pul-kredit siyasətinin aparılmasında son dərəcə əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıb. Məktubda Milli Bankın və ümumiyyətlə, bank sektorunun qarşısında daha məsuliyyətli vəzifələr durduğu xatırladılaraq ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə və makroiqtisadi sabitliyin qorunmasına yönəlmiş fəaliyyətin ardıcıl və qətiyyətlə davam etdirilməli olduğu bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR