Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib
# 15 fevral 2007 14:45 (UTC +04:00)
Dünən axşam Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəlbəcər rayon sakini Elbrus İsfəndiyarov idarə etdiyi “Ford-Tranzit” markalı maşınla Hacıqabul rayon sakinləri - 13 yaşlı Nəzakət Məmmədyarova və onun 3 yaşlı qardaşı Samir Məmmədyarovu vurub. Nəticədə Samir Məmmədyarov aldığı xəsarətdən hadisə yerinsə keçinib, Nəzakət Məmmədyarova isə xəstəxanaya çatdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR