Bakıda borclu abonentlərin elektrik enerjisinin kəsilməsinə başlanıb

Bakıda borclu abonentlərin elektrik enerjisinin kəsilməsinə başlanıb
# 15 fevral 2007 14:57 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu gün saat 15:00-dan borclu abonentlərin enerji təchizatını dayandırmağa başlayıb. Bu barədə APA-ya səhmdar cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib: “İlkin olaraq bu gün 2 800 abonentin enerji təchizatının dayandırılması planlaşdırılırdı. Artıq saaat 15:00-dək borclu abonentlərdən 1 896-sı borcunu ödəyib. İlk saatlarda 72 abonentin enerji təchizatı dayandarılıb. Proses fevralın sonuna qədər davam edəcək”.
T.Mustafayev həmçinin vurğulayıb ki, fevralın 16-da 6 minə yaxın abonentə istehlak etdiyi elektrik enerjisinə görə yaranmış borclarının ödənilməsi üçün verilən müddət başa çatır.
Qeyd edək ki, “Bakıelektrikşəbəkə” ASC mart ayını “Borcsuz ay” elan edib. Martın 1-dək istehlak edilən elektrik enerjisinə görə, yaranmış bütün borcların yığılması planlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR