Bərdənin Mirzəcəfərli kəndində məskunlaşmış 42 köçkün ailəsi bir həftədir işıqsız qalıb

Bərdənin Mirzəcəfərli kəndində məskunlaşmış 42 köçkün ailəsi bir həftədir işıqsız qalıb
# 16 fevral 2007 10:37 (UTC +04:00)
Bərdənin Mirzəcəfərli kəndində məskunlaşmış 42 köçkün ailəsi artıq bir həftədir işıqsız qalıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, bununla əlaqədar Bərdə Paylayıcı Elektrik Şəbəkəsinə və Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edilsə də, problemin aradan qaldırılması istiqamətində heç bir təşkilat konkret addım atmayıb. Məcburi köçkünlərin sözlərinə görə, onlar çarəsiz qalıb Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədrinə müraciət ediblər. Təşkilat sədri öz növbəsində problemlə bağlı RİH başçısına məlumat verib. Rayon rəhbəri isə qəsəbəyə komissiya göndərəcəyinə söz verib. Bundan da nəticə hasil olmadığını görən sakinlər etiraz əlaməti olaraq yaxınlıqdan keçən Yevlax-Ağdam yolunu bağlamağa hazırlaşırlar. Məsələyə aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR