Bir qrup məcburi köçkün Tərtər-Ağcabədi yolunu bağlamağa cəhd göstərib

Bir qrup məcburi köçkün Tərtər-Ağcabədi yolunu bağlamağa cəhd göstərib
# 16 fevral 2007 11:16 (UTC +04:00)
Tərtərin Qarağacı kəndində məskunlaşmış bir qrup məcburi köçkün Tərtər-Ağcabədi yolunu bağlamağa cəhd göstərib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Şotlanlı kəndindən məcburi köçkün düşmüş sakinlərin etirazına səbəb yanvar ayının sonlarında baş vermiş qasırğa nəticəsində həmkəndliləri Vüqar Abışovun evinin uçması ilə bağlı aidiyyəti qurumlara ünvanlanan müraciətlərə məhəl qoyulmamasıdır. Köçkünlər bildiriblər ki, V. Abışov uzun illərdir yataq xəstəsidir. Məlum qasırğa nəticəsində onun yaşadığı komanın dam örtüyü tamamilə sıradan çıxıb. V. Abışov bu barədə yerli hakimiyyət orqanlarına yazılı şəkildə müraciət etsə də, səsinə səs verən olmayıb. Sakinlər problem həll olunana qədər etiraz aksiyalarını davam etdirəcəklərini deyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR