Nardaranda narkomaniya ilə mübarizə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

Nardaranda narkomaniya ilə mübarizə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib
# 16 fevral 2007 15:00 (UTC +04:00)
Nardaranda narkomaniya ilə mübarizə kampaniyası davam etdirilir. APA-nın məlumatına görə, bu gün qəsəbədə yerləşən “Cümə” məscidində günorta namazından sonra bununla bağlı toplantı keçirilib. Kənd sakinlərinin əksəriyyətinin qatıldığı toplantıda qəsəbədə narkomaniya ilə mübarizə vasitələri ətrafında müzakirələr aparılıb. Nardaran ağsaqqalları və kəndin din xadimləri tövbə edən şəxslərin üzərinə böyük yük düşdüyünü vurğulayıblar. Kənd sakini Hacı Əli Hüseynov bildirib ki, narkotik maddəyə aludə olan şəxslərin bəziləri kənd əhalisi arasında aşkarlanmaqdan utanırlar. Ə. Hüseynov həmin şəxsləri iradəli olmağa və tövbə etməyə çağırıb. Tövbə edən kənd sakinlərindən bir neçəsi çıxış edərək, narkotik maddə qəbul edən həmkəndlilərindən uyuşduruculardan istifadə etməməyi xahiş edib. Sonda kənd ağsaqqalları Nardaranda narkotik maddələrin satışı ilə məşğul olan şəxslərdən əməllərindən çəkinməyi tələb ediblər. Toplantıda bildirilib ki, əks təqdirdə, həmin adamlar cəzalandırılacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR